Rusiyada dəhşətli qəza - Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə öldü

Rusiyada dəhşətli qəza - Azərbaycanlı gənc atası və əmisi ilə birlikdə öldü

Rusiyanın Voronej vilayətində azərbaycanlıların iştirakı ilə dəhşətli yol qəzası baş verib.

Miq.Az Virtualaz.org-a istinadən xəbər verir ki, bu gün vilayətin Liskinsk rayonunda "VAZ 21099” avtomobili "Kamaz”la toqquşub. Nəticədə "VAZ”ın içindəki üç nəfər həlak olub. Onlar avtomobilin sürücüsü (51 yaş), onun 49 yaşlı qardaşı və 28 yaşlı oğludur. Ölənlərin hər üçü azərbaycanlıdır.

Ata və oğul Azərbaycan vətəndaşları olub. Onlar Voronejdə müvəqqəti qeydiyyatda imişlər.

Sürücünün qardaşı isə Rusiya vətəndaşlığı daşıyırmış və Poçepskoe rayonunun sakini olub.

İlkin məlumata görə, "VAZ 21099” qarşı hərəkət zolağına çıxıb və "Kamaz”la toqquşub.

"Kamaz”ın sürücüsü xəsarət almayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az