Rusiyada səfərbərliyə etiraz edənlər müharibəyə çağırıldı
Rusiyanın müxtəlif şəhərlərində səfərbərlik əleyhinə keçirilən aksiyalar zamanı saxlanan etirazçılara hərbi komissarlıqlar tərəfindən çağırış vərəqələri verilib.
Bu barədə sosial şəbəkədə məlumatlar yayılıb.
Qeyd edək ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib. Bundan sonra ölkənin müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları başlayıb.