Rusiyadan Tailanda uçan təyyarədə 27 nəfər yaralanıb
Rusiyanın "Aeroflot” şirkətinə məxsus təyyarənin "hava çalası”na düşməsi nəticəsində 27 sərnişin yaralanıb. Moskvadan Banqkoka uçan təyyarədə yaralananlardan 24-ü Rusiya, 3-ü isə Tailand vətəndaşıdır.
Bu barədə TASS agentliyinə Rusiyanın Tailanddakı konsulluğunun əməkdaşı Vladimir Sosnov məlumat verib.
Konsulluq rəsmisi qeyd edib ki, yaralılardan bir neçəsinin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Zərərçəkənlərin heç birinin həyatı üçün təhlükə yoxdur.
Miq.Az