Ruslar elan etdi: “Bayraqdar”, 280 hərbçi...

Ruslar elan etdi: “Bayraqdar”, 280 hərbçi...

Rusiya hava hücumundan müdafiə vasitələri ötən gecə Ukrayna ordusuna məxsus biri "Bayraqdar” olmaqla, 9 ədəd PUA-nı məhv edib.

Miq.Az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmisi, general-mayor İqor Konaşenkov deyib.

"Operativ-taktiki və ordu aviasiyası gecə ərzində ikisi idarəetmə məntəqəsi olmaqla 93 obyekt, Ukrayna ordusunun canlı qüvvəsi, hərbi texnikası və sursat anbarının olduğu 69 rayonu vurub”, - general bildirib.

Konaşenkovun sözlərinə görə, Rusiya raket qüvvələri Ukrayna qoşunlarının komanda məntəqələrini və silah-sursat anbarlarını da məhv edib.

"Raket qoşunları və artilleriya bölmələri canlı qüvvənin və hərbi texnikanın cəmləşdiyi 407 ərazini vurub, 13 komanda məntəqəsini, "Osa-AKM” zenit-raket komplekslərinin dörd mövqeyini və 14 silah-sursat anbarını dağıdıb”.

Onun sözlərinə görə, zərbələr nəticəsində Ukrayna ordusunun 280 hərbçisi öldürülüb, 59 texnikası sıradan çıxarılıb.(axar.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az