AzNews.az xəbər verir ki, yeni səs yazısında bu günlərdə məktəbdə keçirilən iclasların birində direktor müəllimlərdən pul tələb edir. Gülnurə Babaşova orada müəllimlərə bayramları bəhanə gətirməməyi məsləhət bilib:
"Mən bilirəm burda nəzərə alnmalı olanlar kimlərdi, onlar nəzərə alınacaq. Ancaq nəzərə alınmayanlar da var. Nə olsun, sizin kimi camaat da bayram eləmək istəyir. Bu dəfə də əyər ləngiməmiz-filanımız olsa… o müəllimlər ki var, aylığı gecikdirir, ya da ki, yarımcıq verir, onlar sonrakı aylarda məktəbin digər işlərində mənə yaxın gəlməsinlər, mənim də hər şeyə görə müəyyən işlərim var. Sonra bir-birimizdən küsməyək”.
Məsələ ilə bağlı məktəb müəllimləri ilə əlaqə saxladıq. Müəllimlər qeyd etdilər ki, Gülnurə Babaşova hər ay müəllim kollektivindən aylıq alır:
"Mətbuatda gedən yazıdan sonra iclas oldu. Biz həmin iclasda iştirak etmədik. Bildik ki, iclas bizi onunla barışdırmağa yönəlib. Rayon Təhsil şöbəsinin müdiri Eyvaz Eminalıyev direktoru müdafiə edib. Müəllimlərin bəzilərinə təzyiq edildi ki, ərizələrini geri götürsünlər. Amma narazılar bunu etmədilər. Biz geri çəkilməyəcəyik. Bu səs yazısı ilə bağlı iclas fevral ayının sonlarında keçirilib. Müəllimlərdən aylıq pul yığımı davam edir. Soruşanda deyir ki, "pulu məndən rayon təhsil şöbəsindən istəyirlər. Mən də sizdən alıb ona verirəm”.
Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşova isə saytımıza açıqlamasında qayınatasının rəhmətə getdiyini və danışa bilmədiyini dedi: "Yasdan sonra sizinlə əlaqə saxlayacam”.
Qeyd edək ki, iki ay əvvəl Şamaxı rayon şəhid A.Alxanov adına Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnurə Babaşovanın müəllimlərdən ayliq haqq yığması ilə bağlı səs yazısı yayılmışdı. Təhsil Nazirliyi isə məsələnin araşdırıldığını bildirmişdi.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ