Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili gələn il ölkəsinə qayıtmaq niyyətindədir.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə Saakaşvili “Facebook” səhifəsində yazıb.
“Ad günüm ilə əlaqədar təbriklərə görə hamı sağ olsun. Gələn il Gürcüstanda görüşəcəyik", - keçmiş prezident qeyd edib.
Dünən Gürcüstanın sabiq prezidentinin 47 yaşı tamam olub. 2013-cü ilin noyabrında ölkənin yeni prezidenti Georqi Marqvelaşvilinin inaqurasiyasından dərhal sonra ölkəni tərk edən Saakaşvili o vaxtdan vətənə qayıtmayıb.
Sabiq prezident 2005-ci ildə Gürcüstan parlamentinin deputatı olan Valeri Qelaşvilini döyməkdə, 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıtmaqda, “İmedi” telekanalının təsisçisi Badri Patarkatsişvilinin mülkiyyətini mənimsəməkdə, həmçinin dövlət büdcəsindən 5 milyon dollardan çox vəsaiti qeyri-qanuni xərcləməkdə ittiham olunur.
Tiflis şəhər məhkəməsi 2 avqustda Saakaşvili barəsində ehtiyat tədbir kimi qiyabi həbs hökmü çıxarıb. Saakaşvili isə iddiaların saxta və sifarişli olduğunu bildirir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR