Gürcüstanda keçmiş iqtidar, hazırda müxalif partiya olan eks prezident Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat”ın (VMH) 15 noyabrda geniş miqyaslı etiraz aksiyası keçirəcəyi anonsu hazırki höküməti təşvişə salıb.
Bir sıra məsələlərdə hökümətə narazılıqlarını bildiricəkləri barədə miqyaslı aksiya anonsunu Saakaşvili özü 31 oktyabrda “İmedi” kanalında verib.
İqtidar dərhal anonsa reaksiya verib. Ölkənin baş naziri İrakliy Qaribaşvili bu barədə şərh verərkən, hakimiyyətin çevriliş və təxribat yönlü fəaliyyətə icazə verməyəcəyini bildirib.
“Gürcüstan hökuməti ölkədə qeyri-sabitliyə və çevrilişə heç vaxt imkan verməyəcək. Bizdə VMH partiyasının daima dövlətə qarşı planlar qurduğu barədə məlumatlar var, lakin hakimiyyət buna çox sərt cavab verəcək”- deyə Qaribaşvili bildirib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstan Daxili İşlər Nazirliyi hakimiyyətin ələ keçirilməsi planı qurmaq faktına əsasən “Milli Hərəkat”a qarşı cinayət işi açdığını elan etmişdi. Daxili İşlər nazirinin müavini Levon İzoriya bildirmişdi ki, cinayət işi Gürcüstan CM-in 315-ci maddəsi (konstitusion nizamın güc yolu ilə dəyişdirilməsi barədə fəaliyyət və ya üsyan qaldırılması) ilə iş açılıb/anspress/.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR