İvanişvilinin isə...
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze bildirir ki, Bidzina Ivanişvilinin siyasi fəaliyyətini əvvəldən diqqətlə izləyib. Onun bu ilin oktyabrında keçirilmiş parlament seçkilərində qalib gələcəyinə də əmin imiş. Eks-prezidentin Gürcüstanın “Kvela siaxle” qəzetinə aşıqlamasını “Regnum” İnformasiya Agentliyi yayıb.
Şevardnadzenin qənaətincə, indiki prezident Mixail Saakaşvilinin başçılıq etdiyi “Milli Hərəkat”ın işi bitib.
Baş nazir Bidzina Ivanişviliyə gəlincə, sabiq dövlət başçısı onun düzgün yolda irəlilədiyini düşünür və deyir: “Vacib olan budur ki, o, bu yolda önəmli səhvlər etməsin”.
Eduard Şevardnadzenin fikrincə, “Milli Hərəkatı”ın xarakterik özəlliyi zorakılıq olub. O buna misal kimi 2012-ci ilin sentyabrında yayılan kadrları gətirib. Eks-prezident 300-dək adamın həbsə düşməsini də gürcü xalqının faciəsi adlandırıb. Eks-prezidentin sözlərinə görə, avropalı diplomatlar həmişə onunla görüşlərdə çoxsaylı həbslərə görə narahatlıqlarını dilə gətiriblər. /azadliqRadiosu/
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR