Saatlıda idarə rəisinin asılmış meyiti tapıldı
Dünən iş adı ilə evdən çıxan rəisin meyitini yaxınları bu gün aşkar ediblər
Saatlı Rayon Sukanal İdarəsi rəisinin asılmış meyiti tapılıb. Miq.Az-ın "Report"a istinadla verdiyi məlumata görə, rayon sakini 1971-ci il təvəllüdlü Üzeyir Kazımov dekabr ayının 30-da işə getmək üçün evdən çıxıb. O, həmin gün səhər 09:00-dək ailə üzvləri ilə telefonla danışıb. Lakin sonradan ondan heç bir xəbər çıxmayıb.
Bu gün səhər saat 09:30 radələrində isə Ü.Kazımovun asılmış meyiti tapılıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
Miq.Az