Sabirabadda bıçaqlanma hadisəsi baş verib

Sabirabadda bıçaqlanma hadisəsi baş verib
Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

Hadisə ötən gün axşam saatlarında rayonun Əhmədabad kəndində qeydə alınıb.

İlkin məlumata görə, həmin kəndin sakinləri, 51 yaşlı Əhməd Hafiz oğlu Əhmədov və onun oğlu, 26 yaşlı Xamza Əhməd oğlu Əhmədov ailə münaqişəsi zəminində tanıdıqları şəxs tərəfindən bir neçə bıçaq yarası alıblar. Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Cərrahiyyə şöbəsinə yerləşdirilən yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Sabirabad rayon Polis şöbəsində araşdırma aparılır. ("Report”)

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az