"Öz istəyimlə "Neftçi” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının üzvlüyündən çıxdım. Bu da işlərimin çoxluğu ilə əlaqədardı”.
Bu sözləri apasport.az saytına "Neftçi” İdman Klubu İctimai Birliyinin İdarəetmə Aparatının rəhbəri Sadıq Sadıqov deyib.
"Neftçi”nin sabiq prezidenti bu yaxınlarda Azərbaycan Cüdo Federasiyasının vitse-prezident vəzifəsinə təyin edilməsini əsas gətirərək, futbol klubundan ayrılmaq qərarına gəldiyini söyləyib: "Qarşıda da çox önəmli cüdo yarışları var. Xüsusən də, Yay Olimpiya Oyunlarına hazırlıq işləri çoxluq təşkil edir. Ümumiyyətlə, mən indiyə qədər "Neftçi”nin Müşahidə Şurasının iki iclasında iştirak etmişəm. Bunların biri ilk iclas, digəri isə Emil Mpenza ilə bağlı məsələlərin müzakirəsi zamanı idi. İşlərin çoxluğu ilə əlaqədar iclaslara qatıla bilmirdim. Buna görə də, öz istəyimlə Müşahidə Şurasının üzvlüyündən çıxdım”.
Sadıq Sadıqov sonda "Neftçi”yə uğurlar arzulamağı da unutmayıb: "Neftçi”də olduğumuz müddət ərzində böyük uğurlar əldə etdik. Azərbaycan klub futbolu tarixinə qızıl hərflər yazdıq. Bu şansı mənə yaradan insanlara dərin təşəkkürümü bildirirəm. "Neftçi” komandasına bundan sonrakı oyunlarda uğurlar arzu edirəm”.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL