
Böyük Britaniya şahzadəsi Uilyam və Keyt Middltonun qızının adı məlum olub. Simsar.az xarici KİV-ə istinadən xəbər verir ki, Kensinqton sarayı Kembricin yeni doğulmuş şahzadəsinin adını açıqlayıb. Şahzadəyə Şarlotta Yelizaveta Diana adı verilib. Böyük Britaniyada yeni doğulmuş şahzadənin şərəfinə 10 min qızıl və gümüş sikkə kəsəcəklər.
Böyük Britaniyanın Kral Sikkəxanasında ilk olaraq 5 funtluq (7,6 dollar) sikkənin şəkli nümayiş etdirilib. Kraliça II Yelizavetanın, şahzadənin valideynlərinin və Britaniya maliyyə nazirinin razılığı ilə buraxılan sikkənin üzərində bu sözlər yazılıb: "İkinci uşağın anadan olması şərəfinə". Sikkənin mərkəzində şahzadənin valideynlərinin titulları yer alıb: "Kembric hersoqu və hersoginyası". Burada əksini tapan "2015" rəqəmi isə Kral ailəsində artımın baş verməsinin işarəsidir. Çəkisi 40 qrama qədər olan 88 əyarlı cəmi 500 ədəd qızıl sikkə buraxılacaq. Digərləri isə 28 qramlıq gümüşdən ibarət olacaq.
Qeyd edək ki, körpə hersoqun və Kembric Hersoqinyasının ailəsində mayın 2-də səhər doğulub. O Kembric şahzadəsi titulunu daşıyacaq, babasından, atasından və qardaşından sonra Britaniya taxtına varislik növbəsində dördüncü yeri tutacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR