Sarkisyan: Ermənistan Metsamor AES-dən imtina etməyəcək

Sarkisyan: Ermənistan Metsamor AES-dən imtina etməyəcək
"Metsamor AES ən azı 2027-ci ilə qədər fəaliyyət göstərəcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu Ermənistanın prezidenti Serj Sarkisyan RİA Novosti-yə müsahibəsində bildirib.
"Hesab edirik ki, energetika sahəsində təhlükəsizliyi təmin etmək üçün Ermənistanda həmişə atom energetikası mövcud olacaq”, – deyə Sarkisyan əlavə edib.
Qeyd edək ki, Metsamor AES-in 2016-cı ilədək işləyəcəyi nəzərdə tutulsa da, sonradan obyektin istismar müddətinin daha 10 il artırılması qərara alınıb. 
Metsamor AES-in fəaliyyəti 1988-ci ildə baş vermiş zəlzələdən sonra dayandırılıb. Bir neçə il sonra AES yenidən işə salınıb. Hazırda Ermənistanda istehsal olunan elektrik enerjisinin 1/3 hissəsi Metsamor AES-in payına düşür.


Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az