Sarkisyan Ter-Petrosyanla bağlı qərarını verdi

Sarkisyan Ter-Petrosyanla bağlı qərarını verdi
Ermənistan prezidenti Serj Sarkisyan nəyin bahasına olursa-olsun sabiq dövlət başçısı Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Konqres- EMK" seçki blokunun parlamentdə yer qazanmasına və blokun üçüncü yeri tutmasına göstəriş verib.

Miq.az  milli.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın "Joxovurd" qəzeti yazıb.

"Bütün sosioloji sorğulara əsasən "Konqres - EMK" bloku Milli Assambleyaya keçmək üçün tələb olunan minimal baryeri belə aşa bilməyəcəyi üçün hakimiyyət alyansa böyük sahibkar Xaçatur Sukiasyanın simasında sponsorluq təqdim etməklə yanaşı, öz tərəfdarlarına tapşırıb ki, Levon Ter-Petrosyananın komandası səsləri qazana bilməsi üçün yerlərdə iş aparsınlar", - deyə qəzetin mənbəsi bildirib.

Nəşrin yazdığına görə, "Konqres -EMB" blokunda hökm sürən süküt və təşviqat kampaniyasının aparılmaması məhz bundan irəli gəlir: "Təsadüfi deyil ki, bu kontekstdə 1998-ci ildən bəri ilk dəfə Levon Ter-Petrosyan Ermənistanın İctimai televiziyasına dəvət edilərək xüsusi siyasi reklam çərçivəsində öz blokunun digər siyasi güvvələr üçün qəbuledilməz olan sülh formulunu - seçkiqabağı proqramının əsas müddəalarını təqdim edib".
 
Miq.az  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az