Seçkidə qalib gələn Paşinyan: “Hökuməti təkbaşına quracağıq”

Seçkidə qalib gələn Paşinyan: “Hökuməti təkbaşına quracağıq”

"Yeni seçilən parlamentdə "Mülki Müqavilə” Partiyası konstitusiya çoxluğuna sahib olacaq və hökuməti təkbaşına quracaq”.

Miq.Az xəbər verir ki, bu barədə Nikol Paşinyan özünün Feysbuk hesabında yazıb.

Qeyd edək ki, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) 2008 seçki məntəqəsində səsvermənin nəticələri barədə ilkin məlumat yayıb.

Məlumata görə, Nikol Paşinyanın liderlik etdiyi "Mülkü Müqavilə” 53,92, onun rəqibi Robert Köçəryanın "Ermənistan” bloku 21,04 faiz səs toplayıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az