Səfirimiz həyat yoldaşına görə işdən çıxarıldı?

Səfirimiz həyat yoldaşına görə işdən çıxarıldı?
Ölkə prezident İlham Əliyev bu gün imzaladığı sərəncamla Elman Hidayət oğlu Zeynalovu Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıb.

Nəzəzrinizə çatdıraq ki,  adıçəkilən səfir bir müddət öncə həyat yoldaşı Nəzirə Zeynalovanın polisə rüşvət təklif etməsi ilə mətbuatın gündəminə gəlmişdi.

Həmin xəbərdə səfir xanımının sürücülük vəsiqəsi almaq üçün Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin yerli müffətişliyinə heç bir izahat vermədən 500 avro rüşvət təklif etdiyi qeyd edilmişdi. Latviyalı müffəttişlərin səfir xanımının bu davranışından şikayətçi olduğu və məsələ ilə bağlı həmin ölkədə cinayət işi açılmağı bildirilirdi.

Bütün bunlardan sonra  isə Elman Zeynalov bu məlumatları əsassız adlandıraraq xanımının polisə 500 avro yox, sadəcə 50 avro Yeni il hədiyyəsi verdiyini qeyd etmişdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az