Sərhəd Qoşunlarının əsgəri şəhid olub
Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı "N” saylı hərbi hissəsində xidmət edən əsgər Tural Nizami oğlu Nuriyev şəhid olub.
Bu barədə şəhid əsgərin qohumları məlumat veriblər. Bildiriblər ki, Tural
Nuriyev əsgəri borcunu yerinə yetirərkən düşmənin açdığı atəş
nəticəsində şəhidlik zirvəsinə yüksəlib.
Hadisə iyulun 31-sə baş
averib. Şəhidin dəfni isə dünən gerçəkləşib. Doğulduğu Cəlilabad
rayonunda torpağa tapşırılan şəhidin dəfn mərasimində Dövlət Sərhəd
Xidmətinin yüksək rütbəli zabitləri, Cəlilabad rayon İcra
Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak ediblər.
Qeyd edək ki, şəhid Tural Nuriyev Dövlət Sərhəd Xidmətinin Naxçıvandakı "N” saylı hərbi hissəsində 7 ay idi ki, xidmət edirdi.
Allah rəhmət eləsin...
Modern.az