Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinə səfərdədir
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 12-də Türkiyə Cümhuriyyətinə səfərə yola düşürb
Səfər Türkiyə Diyanət İşləri Başkanı dr. Ali Erbaşın dəvəti əsasında həyata keçirilir. Şeyxülislam A. Paşazadə mayın 13-də İstanbulda Dünya İslam alimlərinin yeni təsis olunan Məşvərət toplantısında iştirak və çıxış edəcəkdir.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A. Paşazadə İstanbulda Dolmabaxça sarayında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarını qəbul mərasimində iştirak edəcəkdir.