Şimali Koreyada benzin yalnız məmurlara satılır

Şimali Koreyada benzin yalnız məmurlara satılır
Şimali Koreyada vətəndaşlara benzin satılması dayandırılıb.

Oxu.Az  bu barədə TASS-a istinadən xəbər verir.
Ölkənin yanacaqdoldurma məntəqələrindən yalnız hakimiyyətdəki Əmək Partiyasının, hökumətin, Silahlı Qüvvələrin və xüsusi xidmət orqanlarının yüksək vəzifəli məmurları benzin ala bilirlər.
Ölkə rəhbərliyi BMT-nin sanksiyasından sonra məhdudiyyət tətbiq edib və məqsəd yanacaq ehtiyatı toplamaqdır. 
Şimali Koreya hökumətinin hesablamalarına görə, ölkənin illik neft ehtiyacı 700-900 min tondur.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az