Sizi istidə işləməyə məcbur edirlərsə... - 142-YƏ ZƏNG EDİN
Proses 41 dərəcədə başlanır
Havaların
həddən artıq isti keçməsi dövlət nəzarət qurumlarını bu sahəyə
nəzarəti gücləndirməyə vadar edib. Bunun üçün hüquqi əsaslar kifayət
qədərdir. Belə ki, Əmək məcəlləsinin 233-cü maddəsinə əsasən havanın
temperaturu 41 dərəcəni kesdikdə qapalı və sərinləndirici sistemləri
olmayan yerlərdə iş dayandırılmalıdır. Buna əməl etməyənlər İnzibari
Xətalar Məcəlləsinə uyğun olaraq 700-1500 manat arasında cərimələnir.
Avtouslar da işi dayandıra bilər
Dövlət
Əmək Müfəttişliyinin əməyin qorunması dövlət nəzarətinin
planlaşdırılması analitik təlim və operativ nəzarət sektorunun müdiri
Emil Allahverdiyev fins.az-a bildirib ki, adətən belə vəziyyət
yol,tikinti və kənd təsərrüfatında çalışanlarla bağlı olur. Bəzi
sahələrdə işin dayandırılması isə ictimai əhəmiyyət daşıyır. Məsələn, 41
dərəcə temperaturda, sərinləndirici qurğusu yoxdursa, marşrut
avtobusunun sürücüləri də işi dayandırmalıdır.
Maaşın 2/3 hissəsi ödənməlidir
Ümumiyyətlə
istəenilən qapalı və sərindirici qurğuları olmayan bütün iş yerlərinə
aiddir. Belə havalarda iş qrafiki şirkətin sahibi ilə həmkarlar arasında
müzakirə edilərək razılaşdırılır. Əgər şirkətdə həmkarlar təşkilatı
yoxdursa, şirkətin rəhbəri bunu əmək kollektivi ilə müzakirə etməlidir.
Amma isti havaya görə işin dayandırılması işçinin maaşsız qalması deyil.
Temperaturun yüksək olduğu vaxtlarda işçilər fəaliyyətini dayandırsa
da, əmək haqqının minimum 2/3 hissəsi ödənilməlidir. Belə hallarla
rastlaşanlar iş günləri ərzində 142 saylı telefonla çağrı mərkəzinə
müraciət edə bilərlər.