Afaq Şıxlı
Üç söz vardı...
Onların baş hərfləri barışmaq üsulumuzdu, - ən hirsli, ən ümidsiz zamanlarımızda. Nə olur-olsun bunları cavabsız qoymazdıq...
İndi vidalaşıram səninlə. Yazdıqlarımı oxu, səsimi dinləyirsənmiş kimi... Üzümü canlandır gözlərin önündə. Məni bir daha görməyəcəksən demirəm. Görəcəksən... nə zamansa..., amma gördüyün artıq dünənki “mən” olmayacam. O “mən” bu gecə bu yazının son nöqtəsini qoyarkən öləcək çünki. ...
Bir yay günü qəfildən gəldin ömrümə. Bu gəlişə həyatımın son anına kimi heyifsilənməyəcəm. Hər sözünlə, diqqətinlə, səsinlə, gülüşünlə qanad verdin mənə, quş kimi uçub sənə gəldim. “Əzizim” dedin - əzizim oldun.
Bir pilləkan başında dodaqlarının istisi qaldı saçlarımda. Ayın bir gününü şahid gətirdin “Səni sevirəm” deməyinə. Dünyaya mənim gözlərimlə baxırsan, adım adının bitdiyi yerdən başlayır, dedin....
Mən də bu nəvazişlərin qarşılığında, incitsən də barışdım, “gəl” dediyində gəldim, sözünü cavabsız, səsini sədasız, ümidini inamsız qoymadım. Nə oldu bizə? Bir bağ arzuladıq – gəzə bilmədik... Bir görüş istədik – vidalaşdıq...
Qırx il ömrü var, - dediyimiz sevgi sazişimizi bir gündə unutduq. Üç söz vardı... Onların baş hərfləri barışmaq üsulumuzdu, - ən hirsli, ən ümidsiz zamanlarımızda. Nə olur-olsun bunları cavabsız qoymazdıq... Bir zaman... Mənsə hər zaman... Sənsə... ............. SMS?!
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR