Sokarda ERMƏNİ İZİ - “Tekfen”də RƏZALƏT

Sokarda ERMƏNİ İZİ  - “Tekfen”də RƏZALƏT


Qarabağda hərbi əməliyyatlar aparan Azərbaycan Ordusunun böyük zəfərlərindən bütün dünya mətbuatı yazdı. 

Azərbaycan -Ermənistan savaşı hər yerdə alovlandı. Qarabağdan tutmuş sosial şəbəkələrə qədər, Bakı və Yerevandan tutmuş dünyanın ən iri paytaxt şəhərlərinə qədər dünyanın istənilən nöqtəsində Azərbaycan Ordusunun zəfərindən, əsgərlərimizin şücaətindən yazdılar-danışdılar. Ordumuzun qazandığı uğurlar hətta, erməni sosaial şəbəkələrinin də muzakirə mövzusuna çevrıldı. Düşmən şəbəkələri açıq-aydın qarşımizda diz çökdükərini birbaşa, yaxud, dolayısı ilə təsdiq etməkdən belə çəkinmədilər.

 Amma damarda qan donduran  4 günlük aprel əməliyyatının ən qızğın vaxtında Yerevanda yox, Bakıda  fəaliyyət göstərən bir şirkət işçisinin  xain addımı şok effektı yaratdı.

Belə ki, Miq.az-a daxil olan bir xəbər bu məmləkətı sevən, qanını və canını fəda etməyə hazır olanları təəccübləndirməyə bilməzdi.  Xəbərin nədən ibarət olduğunu oxuyub, siz də təəccüblənin və həm də təəssüflənin... Baxın və görün-düşmən gözümüzün önündə - ocagımızın başında bizi necə təhqir edir...

Bakıda fəaliiyət göstərən şırkətlərdən bırının işçısı düşmən təxribatının qarşısı alındığı bir vaxtda ərazidəki borunun üzərinə bu sözləri yazıb: Azeri no good, armeni good! (ingiliscədən tərcüməsi belədir: Azərbaycanlılar pisdir, ermənilər yaxşı-red)

Bu yazı həmin borunun üzərində bir neçə saat qalıb. 

Miq.az-ın araşdırmasına görə bu iyrənc yazı müəllıfı SOCARın nəzdındə fəaliyyət göstərən TEKFEN şirkətinin yüksək məvaciblə çalışan əcnəbı işçısı olub. Redaksiyamıza daxil olan məlumatda o da bildirilir ki, vətənimizə qarşı bu cür məkrli və ucuz təbliğat aparan TEKFEN-in ermənipərəst işçisi olub. Məlumatı dəqiləşdirmək üçün istər SOKAR, istərsə də TEKFEN-lə əlaqə yaratmağımız imkansız oldu. 

Mövzunu diqqətdə saxlayacağıq.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az