Sumqayıtda dəhşətli qəza — 6 nəfər ölüb + FOTOLAR

Sumqayıtda dəhşətli qəza — 6 nəfər ölüb + FOTOLAR
Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Miq.Az Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 22:20 radələrində Bakı-Quba-Rusiya avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

"Volkswagen Passat” markali 99-DZ-632 dövlət nömrə nişanlı avtomobil 60-BS-663 dövlət nömrə nişanlı LADA 110 markalı avtomobil ilə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerinə üç təcili tibbi yardım briqadası gəlib.

Qəzaya "Passat” markalı avtomobilin Quba-dan Bakı istiqamətində hərəkət edən "LADA110” markalı avtomobilin yoluna çıxması səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.





Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az