Sumqayıtda narkotik əməliyyatı: həbs var - Foto

Sumqayıtda narkotik əməliyyatı: həbs var - Foto

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat həyata keçirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Miq.az-a verilən məlumatda bildirilir ki, Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik maddələrin satışını həyata keçirən şəxs zərərsizləşdirilib.
 
Daxil olan əməliyyat məlumatı əsasında Kotec qəsəbə sakini, Vüqar Nəcəfovun yaşadığı evin həyətyanı sahəsinə hal şahidlərinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı xüsusi aqrotexniki qaydada əkilərək qulluq edilən ümumi çəkisi 42 kiloqram olan 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
 
Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq V.Nəcəfovun yaşadığı mənzilin ayrı-ayrı yerlərində gizlətdiyi 3 kiloqram 70 qram həşiş və 3 kiloqram 500 qram qurudulmuş marixuana da aşkar edilib.

Qeyd edək ki, V.Nəcəfov ifadəsində narkotik tərkibli bitkiləri satmaq niyyəti ilə əkib-becərdiyini bildirib.
 
Faktla bağlı cinayət işləri başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
 

Miq.az
 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az