Suriya hökumət ordusu daha 14 şəhəri azad etdi

Suriya hökumət ordusu daha 14 şəhəri azad etdi
Suriya ordusu Rəqqa əyalətində 14 şəhəri terrorçulardan azad edib. Bu barədə "Al-Masdar" məlumat yayıb.

Hökumət qoşunları terrorçuların "dayaq məntəqəsi" olan Əl-Rəqqa istiqamətində irəliləməkdə davam edirlər.

"Pələng" elit seçmə dəstələrinin rəhbərlik etdiyi suriyalılar Süfyan neft sahəsini, həmçinin Salamiyə-Rəqqa yolu boyunca bir sıra kəndləri azad ediblər.

Hökumət qoşunları Hələbə döyüş sursatı daşımağın mümkün olduğu yeganə yolun təhlükəsizliyini təmin etmək üçün qərbə tərəf irəliləyirlər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az