Vətəninfo.az xəbər verir ki, Suriyada daha bir azərbaycanlı öldürülüb. APA-nın məlumatına görə, öldürülən azərbaycanlı “İslam Dövləti” silahlı qruplaşması tərkibində vuruşan Masallı rayonu Ərkivan kənd sakini Mustafayev Ramil Davud oğludur. O, bir neçə gün əvvəl Zərdab rayon sakini Ramiz Ağasəf oğlu Abdullayevlə birgə öldürülüb. Xatırladaq ki, APA iki gün əvvəl R. Abdullayevin Suriyada öldürülməsi barədə məlumat yayıb. Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə yüzlərlə azərbaycanlı həyatını itirib. Onların bir çoxunun fotosu mücahidlər tərəfindən sosial şəbəkələrdə yayılıb.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR