Sürücüləri radara salmaq üçün bu yola da əl atdılar – Üstü 90, altı 110 (video)

Sürücüləri radara salmaq üçün bu yola da əl atdılar – Üstü 90, altı 110 (video)
Sosial şəbəkələrdə maraqlı video yayılıb. Elçin Əliyev adlı istifadəçi tərəfindən yayılan videoda sürücüləri radara salmaq üçüq qurulan tələnin üstü açılıb.
Avtosfer.az-ın məlumatına görə, bu yol nişanı Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolunda yeni, aşkarlanıb. Yol nişanının unikallığı ondadır ki, bir dirəkdə üst-üstə iki yol nişanı var. Əsl nişanda sürət həddi 110 km/saat göstərilir. Lakin sonradan yararsız bir yol nişanı simlə əsl nişanın üstünə bərkidilib. İşin daha unikal tərəfi budur ki, ikinci nişanda sürət həddi 90 km/saaat göstərilir. Bir qədər irəlidə isə radar var. Görünür, sürücüləri radara salmaq üçün hələ çox yeniliklərin şahidi olacağıq.
Bakı-Quba-Rusiya Federasiyası sərhədi yolundakı həmin nişanla bağlı videonu təqdim edərək, sürücüləri ayıq-sayıq olmağa çağırırıq.
Ümid edirik ki, Dövlət Yol Polisi bu biabırçılığı aradan qaldıracaq və bu işə qol qoyan məsuliyyətsiz insanlar məsuliyyətə cəlb olunacaqlar.

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az