Tacikistanda maliyyə naziri işdən azad edildi

Tacikistanda maliyyə naziri işdən azad edildi
Tacikistan prezidenti Emoməli Rəhmon ölkənin maliyyə naziri Abdusalom Kurbonienin vəzifədən azad edilməsi ilə bağlı fərman imzalayıb.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki,  Tacikistan hökumətinin bu gün keçirilmiş iclasında prezident A.Kurbonienin fəaliyyətində qüsurların olduğunu bildirib.
 
E.Rəhmon bir sıra şəhərlərdə əməkhaqlarının gecikdiyini və büdcə vəsaitlərinin düzgün xərclənmədiyini vurğulayıb.
 
Prezidentin digər fərmanı ilə Fayziddin Kahhorzod yeni maliyyə naziri təyin olunub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az