Bakı Metropoliteninin rəisi Tağı Əhmədov paytaxt sakini tərəfindən məhkəməyə verilib. Buna səbəb yeni metro tikintisi ilə bağlı əmlakı talan edilən Nuriyeva Böyükxanım Qasım qızına bu günədək nə kompensasiya, nə də vurulmuş zərər ödənilib.
Bakı Apellyasiya Məhkəməsindən daxil olan xəbərə görə, Tağı Əhmədova qarşı paytaxt sakinin iddiasına əvvəlcə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəmədə baxılsa da, Metropoliten rəisi buradan qalib çıxıb: «Amma iddiaçı Nuriyeva Böyükxanım Qasım qızı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovdan hər ay 2000 manat məbləğində kompensasiya və 16.000 manat məbləğində dəymiş maddi ziyanın tutulmasında, deyəsən, çox israrlıdır. Ona görə də o, birinci məhkəmə instansiyasının qətnaməsindən apellyasiya şikayəti verib. Hazırda xanımın qeyd edilən tələblərindən ibarət şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Ülvi Mayılovun sədrliyi ilə araşdırılır».
Məlumata görə, Böyükxanım Nuriyevanın Tağı Əhmədova qarşı məhkəmə işi bu gün bu dəqiqələrdə başlamalıdır.
mia.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR