Rusiya Elmlər Akademiyasının Vladivostok (Uzaq Şərq) Botanika Bağı-İnstitutunun laboratoriya müdiri Yevgeni Boltenkov və Dağıstan Respublikasının Dağüstü Botanika bağının laboratoriya müdiri Ramazan Murtazaliyev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda olublar.
Bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə ilə görüşən qonaqlar səfərlərinin əsas məqsədinin Böyük Qafqazın bəzi ərazisində ilkin yaz florasının və rast gəlinən İris növlərinin öyrənilməsindən ibarət olduğunu söyləyiblər.
Səfər çərçivəsində rusiyalı alimlər Botanika İnstitutunun Herbari laboratoriyasında təyinat işləri aparıb və 32 İris cinsinin tip nümunələrini müəyyən ediblər.
Rusiyalı botaniklər və institutun ali bitkilərin sistematikası şöbəsinin müdiri Vüqar Kərimov Azərbaycanın şimal-şərq rayonlarında, xüsusilə, Beşbarmaq dağı, Xızı, Altıağac, Quba, Qusar və Xaçmaz ərazilərində müştərək ekspedisiyada olublar. Toplanılmış 60-dan çox bitki növünə aid 100-dək herbari nüsxəsi Botanika İnstitutunun Herbari Fonduna təhvil verilib.
AZƏRTAC
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR