Gələn ildən Azərbaycanda dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv ediləcəyi və ödənişli yerlərin sayının təhsil müəssisələri tərəfindən verilən sifarişə əsasən müəyyənləşdiriləcəyi nəzərdə tutulur. Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
Qəbul planı yerlərinin yalnız dövlət sifarişi üzrə müəyyənləşdiriləcəyini deyən Y.Piriyevin sözlərinə görə, qeyd edilən məsələ ""Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nda da nəzərdə tutulub: “Gələn ildən başlayaraq, qəbul planında ödənişli əsaslarla plan yerləri ayrılmayacaq. Bu yerlərin sayını universitetlər potensial imkanlarına uyğun olaraq, özləri müəyyənləşdirərək formalaşdıracaqlar”.
Y.Piriyev qeyd edib ki, universitetlərə ödənişli əsaslarla tələbə qəbulunun aparılması üçün onların elmi-pedaqoji potensiallarına, maddı-texniki və tədris-laboratoriya bazasına müvafiq olaraq ixtisaslar üzrə maksimal hədd müəyyənləşdiriləcək: "Onlar bu plandan çox tələbə qəbulu apara bilməyəcəklər. Hazırda tələbə qəbulu planının formalaşdırılmasının yeni mexanizmi işlənilir".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR