Tərtərdə yol qəzası olub, sürücü ölüb - FOTOLAR
Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Miq.Az-ın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.
Belə ki, Mingeçevir şəhər sakini Sübhü Abbasovun idarə etdiyi İSUZU markalı yük maşını ilə "VAZ-21015" markalı avtomobil toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, rayonun İrəvanlı kənd sakini, 1981-ci il təvəllüdlü Mahmudov Elcan Elburus oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Reporta istinadən baş vermiş qəzanın fotolarını təqdim edirik:
Miq.Az