Azərbaycanda iki uşaq anası və yaşlı kişi intihar etdilər

Azərbaycanda iki uşaq anası və yaşlı kişi intihar etdilər

Azərbaycanda iki nəfər intihar edib. 
 
Hadisələrdən biri Goranboy rayon mərkəzində qeydə alınıb. Rayon sakini, iki uşaq anası olan 29 yaşlı Esmira Ağəmmədova yaşadığı evdə özünü asıb.           
 
Digər hadisə Hacıqabul rayonu, Meyniman kəndində baş verib. Kənd sakini, 67 yaşlı Qulam Babayev yaşadığı evdə telefon naqili ilə özünü asaraq intihar edib. Onun psixi xəstəliklərdən əziyyət çəkdiyi bildirilir.        
 
Hər iki faktla bağlı müvafiq olaraq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az