XDMX-nin əməkdaşı arvadı ilə birləşib bacısı qızını döydü - VİDEO

XDMX-nin əməkdaşı arvadı ilə birləşib bacısı qızını döydü - VİDEO

Bakı şəhəri Sabunçu rayonu, Nardaran qəsəbəsində 24 yaşlı Nurməmmədova Ülkər Sadiq qızı yaxın qohumları tərəfindən döyülüb.  

U.Nurməmmədovanın Unikal.org-a verdiyi məlumata görə, sentyabr ayının 20-də anası ilə Nardaran qəsəbəsində babasına məxsus bağ evindən özlərinə aid əşyaları götürməyə gedib. Orada isə dayısı Əliyev Fuad İbrahim oğlu həyat yoldaşı Esmiraldo Şəkinskaya ilə onun üz və bədən nahiyələrinə müxtəlif bədən xəsarətləri yetiriblər. 

Qeyd edək ki, Fuad İbrahimov ləğv olunan Xüsusi Dövlət Mühafizə Xidmətinin təqaüdə çıxan zabiti, həyat yoldaşı Esmiraldo Şəkinskaya isə həmin qurumda dəftərxana müdiri vəzifəsində çalışır. 

Bundan sonra Ü.Nurməmmədova DİN-nin 102 "qaynar xətti"nə müraciət edib və Sabunçu RPİ-nin 42-ci Polis Bölməsində təhqiqatçı Bəhram Bəhramov izahat verib. Xəsarət dərəcələrinin müəyyən olunması ilə bağlı isə məhkəmə tibbi-ekspertizasından keçib. Zərərçəkənin sözlərinə görə, qarşı tərəfdən tələbi odur ki, üz nahiyəsinin əvvəlki formasına qaytarılması üçün müalicə xərclərini boynuna götürsün. Cavabdeh tərəf olan Fuad İbrahimov isə həyat yoldaşı və 1 yaşlı uşağının bacısı və qızı tərəfindən hücuma məruz qaldığını bildirdi. Onun sözlərinə görə, heç bir yerə şikayət etməyib, həkim müayinəsindən də keçməyiblər. Ancaq yoldaşı və uşağı ciddi xəsarət alıb, belə ki, uşağında baş-beyin silkələnməsi aşkar olunub. 
[video=http:// ]
 
Azər İsrafilov



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az