Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur.
Azərbaycan Sambo Federasiyasının məlumatına görə, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.
Dünən Avropa Çempionatında xoşagəlməz insident yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.
Azərbycan himninin əvəzinə Ermənistanın himinin səsləndirildiyini görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub.
Sonradan himnin səhv səsləndirildiyini anlayan təşkilartçılar bir neçə dəqiqəlik müzakirələr aparıb, yanlışlığı düzəldərək Azərbaycanın himnini səsləndiriblər.
Bu "yanlşlığın" Azərbaycana qarşı növbəti təxribat ola biləcəyi istisna deyil.
Modern.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR