Tofiq Yaqublunun səhhətində problem yaranıb

Tofiq Yaqublunun səhhətində problem yaranıb
Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublunun səhhətində problem yaranıb. Bunu Tofiq Yaqublunun qızı Nigar Yaqublu deyib.

"İndicə atamla danışdım. İki gün imiş ki, böyrəyində daş var imiş. Dəhşətli ağrıları olub. Həbsxananın yerli tibb məntəqəsinin və mərkəzi hospitalin həkimləri ona ciddi tibbi yardım və qayğı göstəriblər. Artıq daş böyrəkdən duşdüyü üçün ağrıları səngiyib. Həkimlərə təşəkkür edirəm”.

Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. O, 2013-cü il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 5 il müddətinə azadlıqdan məhrum olunub.

Modern.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az