Vətəninfo.az xəbər verir ki, Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Tovuz-Böyük Qışlaq avtomobil yolunun 4-cü kilometrində qeydə alınıb. Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Asim Rauf oğlunun idarə etdiyi “Opel Vectra” markalı avtomobil idarəetməni itirərək 64 metr dərinliyi olan dərəyə aşıb. Qəza zamanı sürücü Asim Əliyev və sərnişinlərdən biri, 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Cəbrayılov Müşfiq Natiq oğlu dünyasını dəyişib.
Digər iki sərnişin, 1995-ci il təvəllüdlü Düz Cırdaxan kənd sakini Bünyad Vəfalı oğlu Əsgərov və onun həmkəndlisi və həmyaşıdı olan Qasımov Rüfət Məqsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriblər, vəziyyətləri kafi qiymətləndirilir. Müşfiq Cəbrayılov, Rüfət Qasımov və Bünyad Əsgərovun Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri olduqları bildirilir. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR