Tovuzda maşın hamamın üstünə düşdü: ölən var-FOTOLAR

Tovuzda maşın hamamın üstünə düşdü: ölən var-FOTOLAR

Tovuzda yoldan çıxan avtomobil kənd sakininin həyətinə düşüb.
 Hadisə Tovuz - Böyük Qışlaq avtomobil yolunun Əsrik Cırdaxan kəndi ərazisindən keçən hissəsində baş verib.

Kənd sakini, 53 yaşlı İsmayıl Məhərrəmov "Niva” markalı avtomobillə Tovuz şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yol kənarındakı həyətə açıb. Həyətdəki evə bitişik hamamın üstünə yivarlanan avtomobil yararsız hala düşüb.(musavat.com)

Ağır xəsarətlər alan sürücü İsmayıl Məhərrəmov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.






Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az