Toy sahibinin qayınanasını girov götürən restoranla bağlı məlumat

Toy sahibinin qayınanasını girov götürən restoranla bağlı məlumat

Avqustun 22-də Şabran rayonunda "Savalan" restoranında keçirilən kiçik toy məclisində xoşagəlməz hadisələr yaşanıb.

Restorana borclu qalan toy sahibinin qayınanası girov götürülüb. Verilən məlumata görə, toy sahibinin restorana 1000 manata yaxın borcu olub. Borcu ödəyə bilmədiyindən restoran rəhbərliyi onun qayınanasını bir günlük girov saxlayıb.

Vətəninfo.az-ın redaksiyasına daxil olan məlumata görə, Şabran rayonundakı Savalan restoranı rayon icra başçısı Novruz Novruzovun oğlu Hacı Ruslana məxsusdur və onun həmin adda  Bakıda və Sumqayıtda da restoranı var.

Xatırladaq ki, avqustun 23-də pul ödəndikdən sonra girov sahiblərinə qaytarılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az