Toyda ərinə boşanacağını dedi, 8 bıçaq zərbəsi aldı

Toyda ərinə boşanacağını dedi, 8 bıçaq zərbəsi aldı
Bakının Xətai rayonunda toy mərasimində bıçaqlanma hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətindən  bildirilib ki, mayın 9-u Məhəmməd Hadi küçəsində yerləşən "Təbrik” şadlıq evində keçirilən mərasim zamanı 1987-ci il təvəllüdlü Vüsalə Abbasova 1982-ci il təvəllüdlü həyat yoldaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

APA-nın məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, V.Abbasova toyda ərinə ondan boşanacağını söyləyib. Bundan hiddətlənən ər arvadına çoxsaylı bıçaq zərbəsi vurub. Yaralı ümumilikdə 8 bıçaq zərbəsi xəsarətləri ilə xəstəxanaya çatdırılıb.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az