Vətəninfo.az xəbər verir ki, dünən gecə saatlarında Masallı rayonun Xırmandalı kəndində yaxın qohumlar arasında insident yaşanıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini Ramal Muradovla yaxın qohumu Zəbulla və onun qardaşı Samin Muradovlar arasında mübahisə baş verib. Ramalın mübahisəyə bıçaqla aydınlıq gətirmək istəyi isə qanlı sonluqla nəticələnib. Çoxsaylı bıçaq zərbələri alan Zəbulla xəstəxanaya çatdırılarkən keçinib. Qətlin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
“Şübhəli şəxs kimi tutulmuş Ramal Muradovun ifadəsində göstərildiyi kimi Zəbulla Muradov və onun qardaşının onun valideynlərinin ünvanına söyüşlər söyməsi olub”, - deyə müstəntiq Elmar Əhmədli bildirib. Hazırda Ramal Muradov şübhəli şəxs qismində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb. Masallı rayon Prokurorluğundan ANS PRESS-in bölgə müxbirinə verilən məlumata görə, mübahisə toy məclisindən sonda yaranıb. Mübahisə edənlərin hər üçü sərxoş vəziyyətdə olub.
Vətəninfo
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR