Toyuq dönəri satanlara xəbərdarlıq edilib

Toyuq dönəri satanlara xəbərdarlıq edilib
"Bu gün Azərbaycanda toyuq dönərinin satışı problemi qalır. Biz toyuq dönərinin satışı ilə məşğul olanlara cərimə sanksiyaları tətbiq edirik, fəaliyyətini dayandırırıq. Onları cəlb edirik ki, mal ətindən dönər hazırlasınlar. Bir-iki gün buna əməl edirlər, iki-üç gündən sonra yenə toyuq ətindən hazırlamağa başlayırlar".
Bunu  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Z.Kazımov bu məsələdə vətəndaşlardan da dəstək istəyib: "Əgər bu gün vətəndaş dövlət orqanını dəstəkləsə, həmin yerdən dönər almasa və biz maariflənmə işini daha da gücləndirsək, problemin qarşısını almaq olar".

"Report"



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az