Tramp: “İran bir nömrəli terror dövlətidir”

Tramp: “İran bir nömrəli terror dövlətidir”

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-a "qətiyyən hörmət qoymur” və o, "bir növrəli terror dövlətidir”.

Bunu o "Fox News” telekanalına müsahibəsində deyib.

"İran bizim ölkəmizə qətiyyən hörmət etmir. O, bir nömrəli terror dövlətidir. O silahlanmaya pul qoyur”, — deyə Tramp əlavə edib.

ABŞ prezidenti İslam Respublikasına qarşı sanksiyalar mövqeyindən hərəkət edəcəyinə vəd verib və əlavə edib ki, ABŞ "artıq bunu etməyə başlayıb”.

O öz hərəkətləri barədə əvvəlcədən xəbərdarlıq etməyəcəyini bildirib. Trampın sözlərinə görə, o, xələfi Barak Obamanı həmişə "Mosula və ya digər dövlətlərə qoşun çıxaracağı barədə əvvəlcədən xəbər verməsinə” görə tənqid edib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az