Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin edilib.
Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə general-mayor İhsan Başbozkurt təyin olunub.
Xəbərə görə, hazırda Urfada birqada komandiri olan İ.Başbozkurt qarşıdakı həftələrdə vəzifəsinin icrasına başlayacaq. Bu vəzifədə o, general-leytenant Həsən Nevzat Taşdeleri əvəz edəcək.
İ.Başbozkurt Türkiyənin Naxçıvanla sərhəddə olan Qars şəhərində anadan olub. O, Azərbaycan dilində də danışa bilir.
Xatırladaq ki,prezident Rəcəb Tayyıb Ərdoğanın rəhbərliyi ilə keçirilən və Türkiyə ordusunun yeni rəhbərliyini müəyyənləşdirən Yüksək Hərbi Şuranın qərarına əsasən, iki ildir Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi attaşesi olan general-mayor Həsən Nevzat Taşdelerin rütbəsi artırılıb və o, hərbi attaşe vəzifəsindən geri çağırılıb. General-leytenat rütbəsini alan H.N.Taşdeler İstanbuldakı Hərbi Akademiyalar Komandanlığının qərargah rəisi vəzifəsinə təyin olunub. O, bundna sonra Türkiyə komandirlərin hazırlamasında iştirak edəcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL