Türkiyə daha 5 şəhid verdi-PKK-çılar partlayıcı qurğunu işə salıblar.

Türkiyə daha 5 şəhid verdi-PKK-çılar partlayıcı qurğunu işə salıblar.

Türkiyənin Mardin vilayətində PKK-ya qarşı aparılan əməliyyatda üç türk əsgəri şəhid olub.

Türkiyə KİV-ə istinadən verilən məlumata görə, əməliyyat zamanı doqquz xüsusi təyinatlı yaralanıb. 

Bildirilir ki, xüsusi təyinatlılar şəhərdəki binalardan birində əməliyyat keçirdiyi zaman partlayıcı qurğu işə düşüb.

Bundan başqa, Şırnak vilayətində keçirilən əməliyyat zamanı atışma baş verib, nəticədə yeddi əsgər yaralanıb. PKK-çıların partlayıcı qurğunu işə salması nəticəsində yaralanan təhlükəsizlik əməkdaşları xəstəxanaya yerləşdirilsə də, onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az