Türkiyənin Muğla Böyükşəhər bələdiyyəsinin təşkilatçılığı ilə sentyabrın 2-dən 4-dək Muğla şəhərində Beynəlxalq Zurna Festivalı keçiriləcək.
AZƏRTAC "CNN türk" kanalının saytına istinadla xəbər verir ki, festivalda Türkiyə, Azərbaycan, Yunanıstan, Bolqarıstan və digər ölkələri təmsil edən 19 sənətçi qatılacaq.
Festival Muğladakı teatrların birində baş tutacaq. Üç gün davam edəcək festivalın keçirilməsinin əsas məqsədi zurna ifaçılıq mədəniyyətinin təbliği və gənc ifaçı nəslə bu sənəti daha da sevdirməkdən ibarətdir. Artıq festivala hazırlıq işlərinə başlanılıb.
Festivalda Azərbaycanı əməkdar artist Şirzad Fətəliyev təmsil edəcək.
Bu festival artıq ikinci dəfədir ki, Muğlada reallaşdırılır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL