Türkiyədə paxlava qızıl qiymətinə yüksəldi

Türkiyədə paxlava qızıl qiymətinə yüksəldi
Qaziantep mətbəxinin ən məşhur şirniyyatlarından olan "Antep paxlavası”nın qiyməti 15 faiz bahalaşıb. 

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Antep fıstıqlarının qiymətinin artması olub. 
Fıstıqlı paxlavanın kilosu 70 lirəyə yüksəlib. Qeyd edək ki, ötən il fıstığın kiloqramı 45-55 lirə, paxlava 60 lirə təşkil edirdi. Hazırda isə Türkiyədə fıstığın kiloqramı 120 lirədir. 
Qeyd edək ki, fıstığın bahalaşmasına səbəb tələbin böyüklüyü, təklifin getdikcə azalmasıdır. Bunun nəticəsində Türkiyədə paxlavanın qiyməti növündən asılı olaraq 70-100 lirə arasında dəyişir. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az