Türkiyədən Hollandiya barədə yeni - Qərar

Türkiyədən Hollandiya barədə yeni - Qərar
AK Partinin Hollandiya üzrə məsul şəxsi Mustafa Aslan heç bir Türk nazirin Niderlanda getməyəcəyini açıqlayıb.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, o, Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanın ölkədən çıxarılması və Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazənin ləğv edilməsindən sonra Türkiyənin nazirlərinin artıq bu ölkədə heç bir referendum kampaniyasını aparmayacaqlarını söyləyib. Hollandiya televiziyalarının birində çıxış edən aslan bu qərarın dünən alındığını qeyd edib.

Hollandiyada təxminən 260 min Türk mənşəli seçici 16 aprel tarixində keçirilən konstitusiya referendumu üçün 5-9 aprel tarixləri arasında səs hüququndan istifadə edə biləcək.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az