Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu özəl telekanalların monitorinqini başa çatdırıb.
Vətəninfo.az xəbər verir ki, Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli APA-ya açıqlamasında deyib ki, Milli Televiziya və Radio Şurası ilə birgə aparılan monitorinq zamanı bütün özəl kanallarda xəbər, ictimai-siyasi, şou proqramlarının dili araşdırılıb. Onun sözlərinə görə, monitorinq zamanı müəyyən olub ki, teleradio verilişlərinin dilində müəyyən problemlər var: “Birincisi, ən ciddi məsələ Azərbaycan dilinin normalarına əməl edilməməsidir. Fonetik normalar pozulur və sözlər düzgün tələffüz olunmur. Bundan əlavə, üslub, etik normaların pozulması müşahidə edilir. Verilişlərdə həddindən artıq alınma sözlər, aydın olmayan ifadələr işlədilir. Monitorinq ümumi nəticələri barədə gələn həftə ictimaiyyətə məlumat veriləcək”
Q.Məhərrəmli qeyd edib ki, monitorinqin ikinci mərhələsi müstəqil şəkildə Dilçilik İnstitutu tərəfindən aparılacaq. O bildirib ki, monitorinq xəbər proqramları və xəbərdən törəmə proqramların dil qüsurları ilə bağlı olacaq: “Bu gün ən çox qüsurlar şou xarakterli proqramlardadır. Təəssüf ki, bu nöqsanlar həm də xəbər proqramlarına sirayət edir. Bəzən xəbərlər düzgün redaktə edilmir, vurğu səhvləri olur, məntiqi vurğular düzgün deyilmir və s. Bu da tamaşaçılarda ciddi narazılığa səbəb olur. Ona görə də, bu istiqamətdə monitorinq davam edəcək”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR