Ukrayna hərbçiləri ilə separatçılar arasında döyüş
Donbasda Svetlodarsk şəhəri yaxınlığında Ukrayna hərbçiləri ilə separatçılar arasında şiddətli döyüş baş verib.
APA xəbər verir ki, bu barədə Ukrayna Antiterror Əməliyyatı Qərargahının məlumatında bildirilir.
Məlumata əsəsən, dekabrın 18-də baş verən toqquşmalarda 5 Ukrayna hərbçisi həlak olub, 6-sı yaralanıb.
"Svetlodarsk istiqamətində Ukrayna ordusu ilə separatçılar arasında gedən döyüşlərdə 20 terrorçu ölüb, 30-u isə yaralanıb", məlumatda qeyd olunub.
Miq.Az